Tədbirdə Ümumi dilçilik kafedrasının müəllimi Məmməd İsmayılov «Ümummilli lider Heydər Əliyevin dil siyasəti» mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi müxtəlif dövrlərdə Heydər Əliyevin Azərbaycan dilinin dövət dili kimi inkişafı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı xidmətlərini qeyd edib. O, Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi uğrunda Ulu Öndər Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi inkişaf yolunu öz çıxışında vurğulayıb. Tədbirdə iştiak edən tələbələr mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər.
Tədbirin sonunda Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxış edərək Ümummilli lider Heydər Əliyevin dil siyasətinin bu gün Azərbaycan prezidenti İham Əliyev tərəfindən uğurla davam etdirildiyini müxtəlif faktlarla qeyd edib. Belə ki, latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi bunun parlaq göstəricilərindən biridir. Ümumiyyətlə, Ümummilli liderin siyasəti Azərbaycanda ana dilinin tərəqqisi üçün elə bir şərait yaradıb ki, biz həmin siyasətin uğurla davam edəcəyinə tam əminik.