Xəbərlər

RUSİYANIN GÖRKƏMLİ AZƏRBAYCANLILARI — ssenari müsabiqəsi

ELANLAR
Müsabiqənin məqsədi uzun illərdir ki, Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolunun salnaməsini yaratmaq, gənc nəslə onların nailiyyətlərini çatdırmaq, həmçinin sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarətdir.

Müsabiqənin şərtlərini təqdim edirik:

Sənədli filmlərin ssenariləri (52 dəqiqədən çox olmamaq şərtilə) kinoesse, kinoportret, kino araşdırması janrlarında, XIX-XX əsrlərdə Rusiyada yaşayıb- yaratmış görkəmli azərbaycanlıların taleyindən bəhs etməlidir.

Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir.

Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

Müsabiqənin qalibləri Xalq yazıçısı Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Ssenarilər 30 Mart 2020-ci il tarixinədək elektron formada info@aki.az ünvanına göndərilir.

Müəllif haqqında qısa məlumat əlavə edilir.

Müsabiqə haqqında əlavə məlumat üçün telefon:

(012)5059533, (012) 4371667