Xəbərlər

İtaliyanın Ca’Foscari Universiteti sənəd qəbulu elan edib

ELANLAR

İtaliyanın Ca’Foscari Universiteti 2020-2021-ci tədris ili üçün Erasmus+ proqramı çərçivəsində bakalavr pilləsi üzrə tələbə qəbulu, və administrativ işçilərin (training) sənəd qəbulunu açıq elan edir. Ərizələrin son qəbul tarixi 13.03.2020-ci ildir. Qəbul aşağıdakı ixtisaslar üzrə keçiriləcək:

- Dillər (italyan, ingilis, alman, fransız, ispan və digər)

Ətraflı məlumat üçün 221 saylı otağa Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər (tələbə):

1. Motivasiya məktubu (motivation letter)
2. 2 ədəd tövsiyyə məktubu (recommendation letter)
3. Dil sertifikatı (ingilis dili üzrə)
4. CV (avropa formatında)
5. Transkript (son bir ilin nəticələri) və dekanlıqdan arayış (hər iki sənəd ingilis dilinə tərcümə və notarial təsdiq edilsin)

Tələb olunan sənədlər (administrativ işçi):

1. Motivasiya məktubu (motivation letter)
2. 2 ədəd tövsiyyə məktubu (recommendation letter)
3. Dil sertifikatı (ingilis dili üzrə)
4. CV (avropa formatında)
5. İş yerindən arayış (notarial təsdiq və tərcümə)