Xəbərlər

Rumıniyanın Xarici İşlər Nazirliyinin 2020/2021-ci tədris ili üçün təqaüd proqramı

ELANLAR
Rumıniya Xarici İşlər Nazirliyi 2020/2021-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edir.

Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura 
Tədris dili: rumın dili
İxtisaslar: memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq.

Qeyd: tibb, stomatologiya və əczaçılıq ixtisasları nəzərdə tutulmamışdır.
Maliyyələşmə: təhsil haqqı, yataqxana xərcləri və aylıq maliyyə dəstəyi (bakalavriat - 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro). Qidalanma və nəqliyyat xərclərinin şəxsi vəsaitlə qarşılanması nəzərdə tutulmuşdur.

Proqram haqqında təlimatlar: https://www.mae.ro/en/node/10251 Əlavə məlumat: https://bit.ly/2MDZVRG

Son sənəd qəbulu tarixi: 07.02.2020-ci il
Tələb olunan sənədlərin siyahısı keçiddən əldə edilə bilər. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 07.02.2020-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir. Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirliyi tərəfindən həyata keçirilir. Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə qeyd olunan elektron poçt vasitəsilə (baku@mae.ro) əlaqə saxlamağınız və bütün sənədləri təqdim etməzdən əvvəl Səfirliklə qəbul vaxtı təyin etməyiniz tövsiyə edilir.