Xəbərlər

“Mənə frankofoniya haqqında danış” adlı yaradıcı yazı müsabiqəsi elan edilib

ELANLAR
Beynəlxalq Frankofoniya Günləri münasibətilə Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyi yanvar ayının 28-dən mart ayının 1-nə kimi “Mənə frankofoniya haqqında danış” adlı yaradıcı yazı müsabiqəsi elan edir.

Müsabiqənin əsas məqsədi tələbələr arasında fransız dilində yaradıcı yazı bacarıqlarının inkişafına maraq oyatmaqdır.

Müsabiqənin şərtlərinə görə:
- Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyinə üzv olan Universitetlərin fransızdilli bakalavr və magistr tələbələri iştirak edə bilərlər.
- Qaliblər üçün iki fərqli kateqoriya təyin ediləcək: bakalavr və magistr kateqoriyası.
- Məqalənin mətni A4 formatında publisist üslubda yazılmalıdır və iştirakçılar Frankofoniyanı necə görüb anladıqlarını və necə xəyal etdiklərini öz sözləri ilə ifadə edərək göstərməlidirlər.

Müsabiqədə necə iştirak etmək olar ?
Mətni püblisist üslubda yazmalı (səhifə A4, Arial 11, interval 1) və özünəməxsus bir sloqanla / şüarla yekunlaşdırmalı;
mətn orijinal xəttatlıq üslubunda foto və ya orijinal bir rəsmlə müşaiət edilməli və "Mənim frankofoniyam" başlığı ilə yaradıcı bir görüntü ilə tərtib edilməlidir;
iştirakçı 2019-2020 tədris ili üçün tələbə vəsiqəsini / universitetə daxil olma şəhadətnaməsini əlavə etməli (fransız dilinə tərcümə ilə);
inşa və şəkil mihaela.alion@auf.org elektron poçtuna ("Raconte-moi ta francophonie " adlı yaradıcı yazı müsabiqəsi mövzusu əlavə edilərək) 1 mart 2020-ci ilədək göndərilməlidir;
Ən yaxşı məqalələr münsiflər heyəti tərəfindən təyin ediləcək. Seçim nəticələri isə 20 mart 2020-ci il tarixində AUF saytında (www.auf.org/europe-centrale-orientale) dərc ediləcəkdir;
Ən yaxsı məqalələrin sahibləri (hər iki kateqoriyada) AUF tərəfindən mükafatlandırılacaq;
İştirakçıların müəllif hüquqları AUF tərəfindən tam şəkildə qorunacaqdır.
Müsabiqənin şərtləri ilə bağlı digər ətraflı məlumatları əldə etmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:
https://www.auf.org/europe-centrale-orientale/nouvelles/appels-a-candidatures/concours-decriture-creative-raconte-moi-ta-francophonie/