Xəbərlər

“Tələbəni düşündürən 6 sual” adlı seminar keçirilib

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti və Study Fi tədris mərkəzinin birgə təşkilatçılığı ilə “Tələbəni düşündürən 6 sual” adlı seminar keçirilib.

Seminarı giriş sözü ilə Tələbə Elmi Cəmiyyətinin sədri Zəhra Hüseynova açıq elan edib.

Daha sonra söz Study Fi tədris mərkəzinin əməkdaşları Paşa Aydayev, Elnur Eyvazov, Turğay Camalov və Aysel Musazadəyə verilib.

Seminarda Study Fi tədris mərkəzinin xidmət və qiymətləri haqqında, o cümlədən tələbələr ən çox maraqlandıran suallar:

Xaricdə təhsil;

“Oxuya-oxuya işləyə bilərəmmi?”

“İş təcrübəm yoxdur. Nə edim ki, məni işə götürsünlər?

“İşə düzəlmək üçün bacarıq lazımdır, lakin ona çatmaq üçün maddi imkanım yoxdur”;

“Nə qədər vaxta öyrənərəm?”

“Fərdi proqramla, yoxsa qrup ilə yaxşı öyrənərəm?” və.s haqqında seminar iştirakçılarına məlumat verilib.

Seminar tələbələrin çoxsaylı sualları ilə başa çatıb.