Xəbərlər

ADU-da “QİÇS əleyhinə ümumdünya mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib.

XƏBƏRLƏR
02 dekabr tarixində Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev Universitetin 3 saylı tədris korpusunun Akt zalında tələbələr üçün “QİÇS əleyhinə ümumdünya mübarizə günü”nə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə Respublika “AİDS-lə mübarizə Mərkəzi”nin nümayəndələri də iştirak ediblər. Dosent Ceyhun Alıyev çıxış edərək QİÇS haqqında məlumat vermiş. Daha çox sindromun psixoloji tərəflərini vurğulamış, sindromla mübarizədə insanın xarakter keyfiyyətlərinin də böyük rol oynadığını qeyd edib. Virusa daha çox yoluxma vasitəsi olan norkamaniya ilə bağlı hazırladığı videoçarxı nümayiş etdirib. Daha sonra tədbirdə iştirak edən “AİDS-lə mübarizə Mərkəzi”nin sədri Nofəl Şərifov QİÇS-in fizioloji tərəfləri, virusa yoluxma yolları və profilaktik tədbirlər barədə ətraflı məlumat verib. Tədbirdə həmçinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Rəna Əhmədova da çıxış edərək QİÇS-lə bağlı, xəstəliyin etiologiyası, virusundan qorunma yolları, profilaktik tədbirlər haqqında ətraflı məlumat verib. Tədbirin sonunda tələbələrə Respublika “AİDS-lə mübarizə Mərkəzi”nin nümayəndələri tərəfindən tələbələrə içərisində buklet və hədiyyələrin olduğu paketlər paylanılıb.