Xəbərlər

Təhsil 1 fakültəsində Dünya Azərbaycanlılıarın Həmrəyliyi günü və Yeni il münasibəti ilə tədbir təşkil olunub

TƏDBİRLƏR XƏBƏRLƏR
19.12.2019 ci il Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası Dünya Azərbaycanlılıarın Həmrəyliyi və Yeni il münasibəti ilə tədbir təşkil edilmişdir. Tədbirdə universitetin rəhbər işçiləri,professor ,müəllim və tələbə heyəti fəal iştirak etmişdir. Tədbirdə 304 B ,307 B, 428 A , 109 B ,406 B , 401B,321A, 321B ,essex qrup tələbələri tərəfindən maraqlı rəqslər , mahnılar ,səhnəciklər nümayiş etdirilmişdir.Nümayiş olunan səhnəciklər tərbiyəvi olmaqla yanaşı tələbə-müəllim münasibətlərinin düzgün istiqamətlənməsinə yönəlmişdir. Adı çəkilən tədbir yüksək səviyyədə təşkil olunmuş və hamı tərəfindən yüksək qiymətləndirilmişdir. Tədbirin sonunda çıxış edən tələbələr rektorun məsləhətçisi iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı və Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri professor Gülnar Hüseynzadə tərəfindən sertifikatlarla təltif olundular.