Tədbirin əsas məqsədi kafedrada tədris olunan rus, ingilis, fransız və alman dillərinin tələbələr tərəfindən mənimsənilməsinə, öyrənilməsinə maraq oyatmaq, tələbələrdə öyrəndikləri II xarici dillərin mədəniyyəti, adət-ənənələri haqqında geniş təsəvvür yaratmaq idi. Eyni zamanda tədbirə Binəqədi rayon 301 saylı orta məktəbin şagird-müəllim heyəti qonaq qismində dəvət olunmuşdu. Məktəblilərin çıxışı tədbirə rəng qatdı. Tədbir universitet rəhbərliyi və tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi. Sonda rektor məsləhətçisi i.f.d. Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof.F.F.Cahangirov və Təhsil-2 fakültəsinin dekanı dos. S.S.Nuriyev tərəfindən tələbələrə dekanın fəxri vərəqləri təqdim edildi.