Tədbirdə ADU-nun professoru Əsgər Zeynalov Hindistan mədəniyyəti və filmləri haqqında çıxış edib.
Beynəlxalq şöbənin müdiri Fialə Abdullayeva, Hindistan səfirinin 1-ci katibi Saceş Sinha müsabiqə haqqında fikirlərini bölüşüb, təşəbbüsü yüksək qiymətləndiriblər.
Qeyd edək ki, inşa yarışmasına təkcə ADU-nun tələbələri deyil, digər universitetlərdən olan tələbələr və orta məktəb şagirdləri də qatılıb. Təqdim olunan inşaların sayı 29 olub.
1-ci yer - Nəzrin Hidayətova (ADU-nun tələbəsi)
1-ci yer – Nəzrin Xankişiyeva (Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, 9-cü sinif şagirdi)
2-ci yer – Aynur Quluzadə (Neft Akademiyasının 4-cü kurs tələbəsi)
2-ci yer – Ramin Əhədov (53 №-li məktəbin 11-ci sinif şagirdi)
3-cü yer – Hüseyn Mirzə (274-№li məktəbin 9-cu sinif şagirdi)
3-cü yer – Dunay Mahmudova (61 №-li orta məktəbin şagirdi)
3-cü yer - Əziz Bayramov (7-ci sinif şagirdi)
Digər inşa yazanlara iştirakçı sertifikatları verilib.