Xəbərlər

Məktəb direktorları üçün təlim keçirilib

Azərbaycan Dillər Universitetində Məktəb direktorları üçün təlim keçirilib. Məktəb menecmenti təlimlərində Bakı şəhəri və regionlardakı orta ümumtəhsil məktəblərinin direktor və direktor müavini vəzifəsində çalışan və seçim müsabiqəsində uğur əldə edən mütəxəssislər iştirak edir.

Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək,​ istiqamətində Avropa birliyinin maliyyələşdirməsi ilə dəstəklənən təlimi Azərbaycan Respublikası Təhsil İnstitutu və Azərbaycan Dillər Universiteti Respublikamızda mövcud və planlaşdırılan təhsil islahatlarına kömək etmək üçün nəzərdə tutulub.

Layihə çərçivəsində Pilot olunacaq ixtisaslardan biri “Məktəb meneceri” (magistr, yenidən təhsil) ixtisasıdır. Həmin ixtisasın spesifik modullarından biri olan​ “Strateji planlaşdırma və idarəetmənin həyata keçirilməsi” modulu ADU-da keçirilir.

Təlimlərin məqsədi müasir idarəetmə sahəsində bilik və bacarıqlara yiyələnən, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb rəhbərlərini yetişdirməkdən ibarətdir. Eyni zamanda bu modulun əsas məqsədi məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.

Modulun icrası cəmi 8 tədris həftəsi üçün nəzərdə tutulub və qalan vaxt tələbə yönümlü fəaliyyətlərə ayrılacaq. Bu modul üçün hazırlanan qiymətləndirmələri müvəffəqiyyətlə başa vurduqdan sonra hər bir iştirakçı sertifikat alacaq.

Xatırladaq ki, təlim​ fevralın 29-dan iyunun 6-dək davam edəcək. Kursun sonunda iştirakçılara məktəb idarəedilməsi ilə bağlı sertifikatlar veriləcək.​

Layihənin Azərbaycan Dillər Universitetindəki kordinatoru ADU–nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Elçin Hüseynovdur.