Müsabiqənin əsas məqsədi tələbələr arasında fransız dilində yaradıcı yazı bacarıqlarının inkişafında maraq oyatmaqdır.
Müsabiqənin şərtlərinə görə:
- Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyinə üzv olan Universitetlərin fransızdilli bakalavr və magistr tələbələri iştirak edə bilərlər;
- Qaliblər üçün iki fərqli kateqoriya təyin ediləcək : bakalavr və magistr kateqoriyası;
Müsabiqədə necə iştirak etmək olar ?
- Fransızca bir şeir yazmaq (səhifə A4, Arial 11, sətir 1) və özünəməxsus bir başlıq seçməli;
- şeir orijinal xəttatlıq üslubunda foto və ya orijinal bir rəsmlə müşayiət edilməli;
- iştirakçı 2019-2020-ci tədris ili üçün tələbə vəsiqəsini / universitetə daxil olma şəhadətnaməsini əlavə etməli (fransız dilinə tərcümə ilə);
- şeir və şəkli mihaela.alion@auf.org elektron poçtuna (Frankofoniya şeir müsabiqəsi mövzusu əlavə edilərək) 1 mart 2020-ci ilədək göndərilməlidir;
- ən yaxşı şeirlər münsiflər heyəti tərəfindən təyin ediləcək. Seçim nəticələri isə 20 mart 2020-ci il tarixində AUF-in saytında (www.auf.org/europe-centrale-orientale) dərc ediləcəkdir;
-
ən yaxsı şeirlərin sahibləri (hər iki kateqoriyada) AUF tərəfindən mükafatlandırılacaq;
İştirakçıların müəllif hüquqları AUF tərəfindən tam şəkildən qorunacaqdır.
https://www.auf.org/europe-centrale-orientale/nouvelles/appels-a-candidatures/concours-de-poesie-francophone/