Xəbərlər

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİ

XƏBƏRLƏR
18.12.2019- cu il tarixində Azərbaycan Dillər Universitetinin 3 saylı tədris binasının akt zalınıda “Azərbaycan Dövlətçiliyi Tarixi” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri Şahvələd Mönsümov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılıği ilə həyata keçirildi. Tədbirin əsas məqsədi gənc nəsilə Azərbaycanın qədim zamanlardan bu günə qədər keçdiyi inkişaf dövrlərini, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və inkişaf prizmalarını özündə əks etdirmək idi.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.Daha sonra Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsinin dekanı professor F.F Cahangirov tədbir iştirakçılarını və qonaqları salamladı. O, belə tədbirlərin dövlətçiliyin və vətənpərvərlik ruhunun artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun məcburi köçkünlər haqqında lentə alınmış “Children for Peace” filmi təqdim edildi. Filmdə məcburi köçkün uşaqlarının müharibə haqqında fikir və düşüncələridən bəhs edilir. Film nümayiş etdirildikdən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev öz çıxışında bildirdi ki, bu film Amerikada və Avropanın bir çox ölkələrində nümayiş etdirilib və xaricilər tərəfindən böyük həssaslıqla qarşılanıb.
Tədbirdə iştirak edən Qarabağ qazimiz Ülvi Qədir öz çıxışında tələbələri vətənpərvərliyə səslədi və sosial şəbəkələrdə aktiv olaraq informasiya müharibəsində düşmənə qalib gəlməyə çağırdı. Bu çıxışdan sonra isə aprel döyüşlərində şəhid olan Rəşad Niftalıyevin atası Şakir Niftalıyev oğlunun bu
zirvəyə yüksəldiyi üçün onunla fəxr etdiyini bildirdi. Sonda isə pedaqoq Gülnar Vəliyeva öz çıxışında Bərdə, Tərtər və Goranboy rayonlarında məcburi köçkün məktəbliləri ilə görüş zamanı yaranan təəssüratlarını bölüşdü. Tədbirin sonunda Təhsil-1 fakültəsi tələbələri tərəfindən vətənpərvərlik ruhunda canlı ifa olunan “Azərbaycan” mahnısı böyük alqışla qarşılandı.