Xəbərlər

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən ADU-nun rektoruna təşəkkür məktubu ünvanlanıb

ELANLAR
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, əməkdar jurnalist, fəlsəfə doktoru Qafar Əsgərzadə Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli Kamal müəllim!

Dərin hörmət və ehtiram hissi ilə nəzərinizə çatırıram ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il sərəncamı ilə hər il mart ayının 10-u Azərbaycanda Qızıl Aypara günü kimi qeyd olunur. Məhz 10 mart 1920-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaradılmışdır. Bu il mart ayının 10-da AzQAC özünün 100 illik tarixi yubileyini qeyd etmək ərəfəsindədir. Cəmiyyətimizlə əməkdaşlıq çərçivəsində Siz həmişə həyata keçirilən tədbirlərdə, müxtəlif səpkili fəaliyyətlərdə daim öz dəstəyinizi göstərmiş, diqqət və qayğınızı əsirgəməmişsiniz. Cəmiyyətimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir və gələcək işlərinizdə yeni uğurlar arzulayıram!”