Xəbərlər

Beynəlxalq əlaqələr şöbəsinin elanı

ELANLAR

Fransanın Ruan Universiteti 2019-2020-ci tədris ili üçün Erasmus+ proqramı çərçivəsində müsabiqə elan edir. Aşağıdakı şəxslər iştirak edə bilərlər.

Bakalavr, magistr pillələri üzrə tələbələr üçün (təhsil) - 3 yer (1 və ya 2 semestr)

İxtisaslar: Humanitar elmlər, dilçilik, dillər və ədəbiyyat
Magistr və PhD pillələri üzrə tələbələr üçün (təcrübə Dylis laboratoriyasında) - 3 yer (2 ay)

İxtisaslar: Didaktika, dilçilik və dillər
Ərizələrin qəbulu 06.03.2020-ci il tarixinə kimi aparılacaq.
Ətraflı məlumat üçün 221 saylı otağa Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər:

1. 2 ədəd tövsiyə məktubu (recommendation letter)
2. fransız dili üzrə dil sertifikatı: Fransız dili ixtisası üzrə - C1 səviyyə
                                                 Digər ixtisaslar üzrə - B2 səviyyə
3. CV (avropa formatında)
4. ADU-nun tələbəsi olduğu haqqında arayış (notarial təsdiq və tərcümə)
5. Son bir ilin transkripti (notarial təsdiq və tərcümə)
Sənədlər Beynəlxalq əlaqələr şöbəsinə təqdim olunmalıdır.