Xəbərlər

ADU-nun rəhbərliyi və kollektivi Türkiyə xalqına başsağlığı verib

XƏBƏRLƏR
Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla və universitetin kollektivi Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar qardaş Türkiyə xalqına başsağlığı verib. Başsağlığında deyilir:

“Suriyanın İdlib şəhərində qardaş Türkiyə Silahlı Qüvvələrinin onlarla hərbi qulluqçusunun şəhid olması və yaralanması xəbəri bizi dərindən sarsıtdı. Bu hadisə nəticəsində öz həyatlarını Vətən yolunda qurban verən insanların ailə üzvlərinə və doğmalarına, o cümlədən dost Türkiyə Cümhuriyyətinin rəhbərliyinə universitetimiz adından dərin hüznlə başsağlığı veririk. Qüdrəti Türkiyə Cümhuriyyəti müasir tariximizin bir çox dönəmlərində çətin sınaqlar qarşısında qalıb. Türkiyə öz dövlət rəhbərinin siyasi qüdrəti, ordunun rəşadəti sayəsində bu sınaqlardan hər zaman üzüağ çıxıb. Əminik ki, bundan sonra da belə olacaq.

Şəhidlərin ruhu şad, xatirələri əziz olsun. Bütün yaralılara Allahdan şəfa diləyirik”.